Modern.az

Milli Məclisin deputatları koronavirus testindən keçəcək

Milli Məclisin deputatları koronavirus testindən keçəcək

Aktual

9 Mart 2020, 10:30

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bu gün VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, parlamentin girişində bu məqsədlə termovizor qurğusu quraşdırılıb.

Qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən yeni seçilmiş deputatların hərarəti yoxlanılacaq.

 

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiq edilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et