Rusiya Suriyanın İdlib vilayətində atəşkəsin 19 dəfə pozulması faktına rast gəlindiyini elan etmişdi.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva atəşkəsin pozulma hallarından biri Türkiyənin törətdiyini vurğulayıb.
Türkiyə müdafiə naziri Hulusi Akara isə bu ittihamları rədd etmişdi. Martın 10-da vəziyyəti müzakirə etmək üçün Rusiya hərbi nümayəndə heyətinin Ankaraya səfəri gözlənilir. Görüşdə M4 trası boyu birgə patrul, atəşkəs rejiminə riayət və monitorinq məsələləri barədə danışılacaq.
Martın 5-də Rəcəb Tayyip Ərdpağn və Rusiya lideri Vladimir Putin arasında İdlib vilayətində atəşkəsin əldə olunması barədə razılıq əldə olunmuşdu.