Modern.az

Deputatlar koronavirus testindən KEÇDİLƏR

Deputatlar koronavirus testindən KEÇDİLƏR

9 Mart 2020, 12:28

“Koronavirus təhlükəsi ilə əlaqədar olaraq VI çağırış Milli Məclisin deputatları test yoxlanışından keçiblər. Qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən yeni seçilmiş deputatların hərarətinin yoxlanılması prosesi başa çatıb”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. O bildirib ki, koronavirusla bağlı ölkədə silsilə tədbirlərin təxirə salınmasını diqqətlə izləyirlər:

 

“Ancaq Milli Məclisin iclasının təxirə salınması barədə hazırda konkret göstəriş yoxdur. Həmçinin, deputatların koronavirusa görə, yoxlanışı davam etsə də, iclasın dəqiq vaxtı bəlli deyil”.

 

 

Mətbuat katibi parlament jurnalistlərinin koronavirus testindən keçməsi barədə hər hansı informasiyaya malik olmadığını qeyd edib.

 

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiq edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza