Modern.az

Çindən koronavirusla bağlı ayrıseçkilik - “Uyğurların yaşadığı bölgəyə uçuş tətbiq edilməsi sui-qəsddir”

Çindən koronavirusla bağlı ayrıseçkilik - “Uyğurların yaşadığı bölgəyə uçuş tətbiq edilməsi sui-qəsddir”

Dünya

9 Mart 2020, 14:28

“Bildiyiniz kimi, koronavirus ilk olaraq Çində aşkar olundu. Daha sonra Çinin bütün bölgələrinə sürətlə yayıldı. Hətta bölgələrə uçuşlar yasaqlanmışdı. Ancaq uyğurların yaşadığı bölgəyə uçuş sərbəstdir. Biz buna etiraz etsək də nəticəsi yoxdur”.  

 

Bu barədə Modern.az-a Şərqi Türküstan Milli Məclisinin sədri Seyit Tümtürk məlumat verib. O, hər yerə uçuşların bağlı olduğu bir vaxtda uyğurların yaşadığı bölgəyə uçuş tətbiq edilməsinin sui-qəsd olduğunu qeyd edib.    

 

 

Onun sözlərinə görə, bunun xaricində 13 min çinlinin Şərqi Türküstanın Hunan bölgəsinə qaçdığı məlumdur:  

 

“Bu da uyğurlar üçün ikinci ən böyük təhlükədir. Digər təhlükə isə düşərgələrdə, cəza evlərində 20-30 min insana virus bulaşarsa, kütləvi ölümlər ortaya çıxacaq”.  

 

 

Seyit Tümtürk bildirib ki, ancaq Şərqi Türküstanın bir çox bölgələrində virus aşkarlanıb:    

 

“Ölümlərin olması barədə məlumatımız var. Ancaq nə qədər uyğurun ölməsi barədə heç bir informasiya verilmir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular