Qeyd edək ki, ÜST koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 8-nə olan məlumatı açıqlayıb.

 

Məlumata əsasən, son 24 saat ərzində Bolqarıstan, Kosta-Rika, Farer adaları, Fransa Qvianası, Maldiv adaları, Malta, Martinika, Moldova Respublikasında koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

 

Təsdiqlənmiş yoluxma hallarının sayı:

 

Dünyada: 105 586 (3656 yeni)

Çində: 80 859 (46 yeni)

3100 ölüm halı (27 yeni)

 

Çinin xaricində:

 

24 727 yoluxma halı (3610 yeni)

484 ölüm halı (71 yeni)

101 ölkə/ərazi (8 yeni)

 

ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.