Modern.az

Bakıda keçiddən istifadə etməyən piyadanı maşın vurdu

Bakıda keçiddən istifadə etməyən piyadanı maşın vurdu

Aktual

9 Mart 2020, 22:24

Bakının Xətai rayonunda, Nobel prospektində piyadanı avtomobil vurub.

Modern.az  xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Məlumata görə, hadisə yerüstü piyada keçidinin altında baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qeyd edək ki, qəzadan sonra prospektdə tıxac müşahidə edilir.

Whatsapp
Bizə yazın!
Keçid et