Modern.az

Azərbaycanda daha iki nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

Azərbaycanda daha iki nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

Aktual

9 Mart 2020, 23:30

İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Modern.az  xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Məlumata görə, hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir.

Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti sabit-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti sabitdir.

 

Qeyd edək ki, bununla da Azərbaycanda koronavirus infeksiyasına  yoluxanların sayı 11 nəfərə çatıb

Telegram
Hadisələri anında izləyin!
Keçid et