Modern.az

YAP-çı və bitərəf deputatlar toplandı: MM rəhbərliyi bilinəcək

YAP-çı və bitərəf deputatlar toplandı: MM rəhbərliyi bilinəcək

10 Mart 2020, 09:00

Bu gün Milli Məclisin (MM) ilk iclası-yaz sessiyasının açılışı olacaq.

 

Modern.az xəbər verir ki, iclasdan-açılışdan öncə hakim Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edən deputat korpusunun və müstəqillərin ayrılıqda qapalı toplantısı başlayıb. 

 

Hər iki toplantı qısa, təxminən bir saat çəkəcək.

 

Toplantılar həm tanışlıq xarakterlidir, həm də MM-in rəhbərliyinə namizədliyi irəli sürüləcək şəxslərin bir daha dəqiqləşdirilməsi ilə bağlıdır.

 

Hər iki toplantı saat 09:00-da başlayıb.

 

YAP-çılar partiyanın mərkəzi qərərgahında, müstəqillər MM-in binasında bir araya gəliblər. 

 

Saat 10:00-dan isə Altıncı çağırış Milli Məclisin ilk iclası olacaq. 

 

Qeyd edək ki, yeni parlamentdə YAP 70, müstəqillər 39, digər partiyalar 12 deputatla təmsil olunur.

 

Məlumatlara görəı, MM-in rəhbərliyinə namizədliyi irəli sürülməsi gözlənilən millət vəkilləri bunlardır: Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Sahibə Qafarova, Cavanşir Feyziyev və Azay Quliyev.

 

MM-in açılış sessiyasındaölkə Prezidenti İlham Əliyevin də iştirakı və çıxışı gözlənilir.

 

Mail AĞAXANOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza