Modern.az

Fransada koronavirusa yoluxanların sayı 1412 nəfərə çatıb

Fransada koronavirusa yoluxanların sayı 1412 nəfərə çatıb

Aktual

10 Mart 2020, 09:10

Fransada koronavirusa yoluxanların sayı 1412 nəfər təşkil edib, 25 nəfər xəstəliyin qurbanı olub.

 

Modern.az-ın məlumatına görə, bunu ölkənin Ümumi Sağlamlıq müdirliyinin rəhbəri Jerom Salomon deyib.

 

Ölənlər arasında 15 kişi və 10 qadın var. Ölənlərin əksəriyyəti - 21 nəfər - 70 yaşdan yuxarı olan insanlardır.

 

Daha əvvəl Fransada virusa 1191 nəfər yoluxduğu, qurbanların sayının 21 olduğu bildirilmişdi.

 

Xəstəliyin yayılması səbəbindən martın 8-də Fransa hakimiyyəti mindən çox insanın toplaşdığı tədbirləri qadağan etmək qərarına gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et