Modern.az

Bakıda itkin düşən 3 nəfər ailəsinə təhvil verildi

Bakıda itkin düşən 3 nəfər ailəsinə təhvil verildi

Aktual

10 Mart 2020, 09:17

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

BŞBPİ-nin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da 18 cinayətin üstü açılıb.

 

Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

 

Xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 6 faktın açılması tədbirlərlə təmin olunub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 8 nəfər saxlanılıb.

 

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et