Modern.az

Goranboyda yeni tikilən binanın açılışı olacaq

Goranboyda yeni tikilən binanın açılışı olacaq

Aktual

10 Mart 2020, 11:04

Prezident İlham Əliyevin sərancamı ilə Goranboy şəhərində inşa edilən 5 mərtəbəli 40 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır. 

 

Goranboy RİH-dən Modern.az-a verilən məlumata görə, bina təbii qaz xətti, elektrik enerjisi və istilik  təhcizatı ilə təmin edilib, təhlükəsizlik cihazları quraşdırılıb.

 

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  09 mart 2020-ci il tarixdə,  binaya yerində baxış keçirib. Mənzillər, yaxın günlərdə,  qəzalı vəziyyətdə olan binalardan köçürülmüş sakinlərə paylanılacaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et