Altıncı çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında komitə sədrlərinin müavinləri də seçilib.
Modern.az-ın məlumatına görə, deputat Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini vəzifəsinə seçilib.
Bundan başqa, deputat Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Musa Qasımlı Elm və təhsil komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov Səhiyyə komitəsinin sədr müavini, deputat Sabir Hacıyev Aqrar siyasət komitəsinin sədr müavini, deputat Fazil Mustafa Mədəniyyət komitəsinin sədr müavini, deputat Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Qüdrət Həsənquliyev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Hikmət Məmmədov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Tahir Kərimli İnsan hüquqları komitəsinin sədr müavini seçiliblər.