Modern.az

“Azərsu” Bakıda iki rayona içməli suyu fasilə ilə verəcək

“Azərsu” Bakıda iki rayona içməli suyu fasilə ilə verəcək

16 Aprel 2012, 11:37

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir. Qurumdan Modern.az-a bildirilib ki, həyata keçirilən layihələrə uyğun olaraq magistral su kəmərlərinin yenilənməsi işləri aparılır. Bununla əlaqədar Bakının Nəsimi rayonu Süleyman Rəhimov küçəsində  çəkilmiş  yeni 400 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar işlər həyata keçirilir. Bununla əlqədar aprelin 16-da Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə (Bülbül və Xətai prospektləri, Şeyx Şamil, S. Rəhimov, C. Hacıbəyli küçələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu