ABŞ prezidenti Donald Tramp 9 May günü Moskvaya səfər etməkdən imtina edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xəbəri Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlayıb.
“Diplomatik kanallardan aldığımız məlumata görə, prezident gəlməyəcək”-deyə o deyib. Dmitri Peskov ABŞ-ın tədbirdə hansı səviyyədə təmil olunacağını bilmədiyin əlavə edib.
Xatırladaq ki, mayın 9-da İkinci Dünya Müharibəsində qələbənin 75-ci il dönümü Moskvada təntənəli mərasim keçiriləcək.