İranda koronovirus səbəbi ilə ölənlərin sayı 291-ə çatıb.
Modern.az xəbər verir ki, 54 nəfərin də həyatını itirməsi nəticəsində ölənlərin sayında artım müşahidə edilib. Sutka ərzində qonşu ölkədə virusa yoluxanların sayı isə 8 min 42 nəfərə çatıb.
Xatırladaq ki, Çindən dünyaya yayılan "Covid-19" ilk olaraq fevralın 19-da İranın Qum şəhərində aşkarlanıb və sonra demək olar ki, bütün ölkəyə yayılıb.