Azərbaycandan İsrailə qayıdan yerli vətəndaşda koronavirus aşkar olunub.
Modern.az İsrail KİV-nə istinadən xəbər verir ki, ölkədə COVİD-19 diaqnoz təsdiqlənən şəxslərdən biri fevralın 27-də ailəsi ilə birlikdə Azərbaycandan qayıdıb. O, İsrailə qayıtdıqdan sonra Bear-Şeva şəhərində yaşayıb.
Onunla yanaşı, daha 4 ölkə sakinində koronavirus aşkar olunub. Ümumilikdə, İsraildə 55 nəfərdə koronavirus şübhəsi təsdiqini tapıb.