Ümid Partiyasının sədri İqbal Ağazadə Prezdident Administrasiyasına dəvət olunub.
Modern.az-ın məlumatına görə, bu barədə İqbal Ağazadə özü məlumat verib.
O bildirib ki, iqtidar-müxalifət münasibətləri mövzusunda söhbət ediblər:
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdük. İctimai - siyasi vəziyyət, iqtidar - müxalifət münasibətləri mövzusunda diskussiyamız oldu”.