Ölkənin lider mobil operatoru Azercell Telecom Novruz bayramı ərəfəsində abunəçilərini sevindirməyə davam edir. Şirkət bayram çərşənbəsində fakturasız xətt abunəçilərinə daha bir xüsusi endirim təklif edir.
Belə ki, endirim kampaniyası çərçivəsində fakturasız xətt abunəçiləri bu gün, mart ayının 10-u, çərşənbə axşamı “Aylıq 30 GB” internet paketinə qoşularkən 20% xüsusi endirimdən yararlanmaq imkanı əldə edir.
Əlavə məlumat üçün //www.azercell.com/az/personal/campaigns/monthly/novruz_endirim_yel/ müraciət edin.