Modern.az

Ərdoğan Davudoğlu ilə görüşmədi - VİDEO

Ərdoğan Davudoğlu ilə görüşmədi - VİDEO

10 Mart 2020, 20:46

Keçmiş nazir Şövkət Kazanın dəfn mərasiminə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabiq baş nazir, Gələcək Partiyasının rəhbəri Əhməd Davudoğlu ilə salamlaşmayıb.



Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərasim keçirildiyi əraziyə gələn Ərdoğan koronavirus təhlükəsi səbəbindən heç kimlə əl sıxışmayıb.

Bu məqamda prezident sələfi Abdullah Güllə baş işarəsi ilə salamlaşıb.

Türk liderin Davudoğlu ilə salamlaşmaması diqqətlərdən yayınmayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi