“Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri seçildim. Bu vəzifə mənim üçün böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Milli Məclis rəhbərliyinə və deputat həmkarlarıma mənim namizədliyimi dəstəklədikləri üçün təşəkkür edirəm!".
Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təəssüratlarını bölüşərkən deyib.
Komitə sədri etimadı doğruldacağına da söz verib: “Yeniləşən Milli Məclis qarşısında yeni mühüm çağırışlar var. Bu etimadı doğrultmaq və müasir çağırışlara cavab vermək üçün komitə üzvləri ilə bir yerdə əlimizdən gələni əsirgəməyəcəyik!”