Modern.az

Nazirlik sabahkı hava ilə bağlı xəbərdarlıq etdi

Nazirlik sabahkı hava ilə bağlı xəbərdarlıq etdi

16 Aprel 2012, 12:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gündüz buludluluğun artacağı, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında 17 apreldə isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir

Nazirlikdən bildirilib ki, aprelin 17-19-da Abşeron yarımadasında  temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, 19-da atmosfer təzyiqinin enərək normadan aşağı olması fonunda mülayim cənub küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu