Modern.az

Bulvarda saqqız çeynəyənləri, tum çırtlayanları, it gəzdirənləri başa salırlar - FOTOLAR

Bulvarda saqqız çeynəyənləri, tum çırtlayanları, it gəzdirənləri başa salırlar - FOTOLAR

Təhsil

16 Aprel 2012, 12:53

Artıq uzun müddətdir Bakının Dənizkənarı bulvarında – Milli Parkda bəzi qadağalar tətbiq edilir. Bulvar ərazisində velosiped sürmək,  it gəzdirmək, yerə saqqız atmaq və tum qabığı tökmək qadağandır. Amma qadağalara baxmayaraq, buna məhəl qoymayanlar da var.

Əməkdaşımız bulvar ərazisində qaydaları pozanlarla rastlaşıb.  Görəsən onlara qarşı hər hansı tədbirlər görülürmü?

Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, Nazirlər Kabinetinin qadağalarla bağlı qərarı var. Ümumiyyətlə əhalinin kütləvi istirahət yerlərində itlərin ağızlıqsız və kəmərsiz gəzdirmək qadağandır: “ Əmrə əsasən  Bulvar İdarəsinin mühafizə xidməti bununla məşğul olur və belə insanlara qarşı mübarizə aparır. Amma elə hallar olur ki vətəndaş bu qadağaya məhəl qoymur və ya tabe olmur, özünü kobud aparır. O zaman bizim əmkdaşlar Səbail rayon  Polis İdarəsinin Post-Patrul Xidmətinə məlumat verirlər və onlar da gəlib həmin an bu adamları bulvar ərazisindən çıxarırlar”.

Bulvar ərazisində bir sıra məhdudiyyətlərin qoyulduğunu deyən N.Məcidov onlara görə hər hansı cərimələrin tətbiq olunmadığını bildirdi: “Bulvarın köhnə hissəsində əhali cox gəzişdiyindən orada  velosiped sürməyə məhdudiyyət qoyulub. Belə ki, velosiped sürmək istəyənlər bu işlə səhər tezdən və ya bir az gec saatlarda əhalinin sayı azalandan sonra məşğul ola bilərlər. Amma bu məhdudiyyət də tezliklə aradan qalxacaq. Çünki, həmin insanlar üçün xüsusi xətt ayrılıb ki, onlar bundan 24 saat ərzində istifadə edə biləcəklər. Bu, yaxın bir ayda öz həllini tapacaq”.

N. Məcidov onu da bildirdi ki, bulvar ərazisində saqqız və tum satışı yığışdırılıb: “Kimsə bunları bulvar ərazisindən kənardan alıb istifadə edərsə və yerə tullayırsa, Bulvar İdarəsinin mühafizə xidməti öz iradlarını bildirir və məhdudiyyətlərin olması ilə bağlı xəbərdarlıq edir. Bundan əlavə məhdudiyyətlər yoxdur. Çünki, bura əhalinin istirahət yeridir. Burada istirahət edənlər rahat istirahət etməlidir. Bu məhdudiyyətlərə görə hec bir cərimə tətbiqi nəzərdə tutulmayıb. Çünki Millin Məclisdə cərimələrin tətbiqi barədə hec bir qanun qəbul olunmayıb”.



Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu