Modern.az saytının məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Nizami Qənbərovun Yasamal rayonu ərazisindəki internet klubların birində "on line" sistemi ilə qumarxana təşkil etməsi müəyyən edilib. Qumarxanaya baxış zamanı 8 dəst "Los" markalı kompyuter, 1 ədəd "Novomaz Admiral" kazino oyun aparatı, 46 ədəd loto kart, 77 ədəd 50 və 100 dollarlıq priz kartları, digər sənədlər və 33 manat məbləğində uduşa qoyulmuş pul aşkar edilibdir.
Modern.az