Rusiya prezidenti Vladimir Putin “TASS” agentliyinin “Putinə 20 sual” layihəainin qonağı olub.
Modern.az xəbər verir ki, suallardan biri nəinki, uzaq, həımçinin, Rusiyanın yaxın qonşularının da ondan uzaqlaşması ilə bağlı idi.
“Bunu mən görmürəm. Kim uzaqlaşmağa başlayıb?” – deyə Putin soruşub. Jurnalistin Gürcüstanı xatırlatmasına cavab olaraq isə ölkə başçısı “onlar uzaqlaşmadılar, kənara tullandılar” cavabını verib.
“Bizim bunda təqsirimiz yoxdur. Qoy, Mixail Nikolaeviçə təşəkkür etsinlər. Onu Abxaziya və Cənubi Oasetiya münaqişələrini güc yolu ilə həll etməməyə çağırırdım. O isə "yox, bunu etmərəm" deyirdi. Amma mwnaqişəyə girişdi- cavabını aldı”.
Putin Saakaşvilinin pişik kimi meydan və evlərin damında gəzdiyini əlavə edib.