Müsavat Partiyası qurultay keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyinə göndərdiyi məktuba hələ də rəsmi cavab ala bilmir. Bu barədə partiyanın başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib. G.Aslanlı qeyd edib ki, artıq bir həftədir ki, onlar nazirliklə əlaqə saxlasalar da, heç bir cavab ala bilmirlər.
“Bizə məktubla bağlı hələ də cavab verilməyib. Nazirlik bizimlə danışıqlardan qaçır. Hər gün demək olar ki, biz onlara zəng edirik, məlumat almaq istəyirik. Lakin bu cəhdimiz baş tutmur. Biz deyirik ki, əgər məktuba cavab vermirsinizsə, gəlin sizinlə bu haqda ətraflı danıışaq. Bizi qəbul eləməkdən nə imtina edirlər, nə də qəbul edirlər. Ötən həftənin bazr ertəsindən bu günədək dəfələrlə cəhd etməyimizə baxmayaraq, bizimlə görüşməkdən imtina edirlər”-deyə G.Aslanlı bildirib.
Qeyd edək ki, bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay üçün Opera və Balet Teatrını tövsiyyə edərək Mədəniyyət vəTurizm Nazirliyi ilə razılığa gəlməyi bildirmişdi. Bununla bağlı partiya nazirliyə rəsmi məktub göndərib.
Anar RÜSTƏMOV