Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları dəqiq zərbələrlə İraqın şimalında - Hakurk bölgəsində 4 PKK terrorçusunu məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, terrorçuların yeri kəşfiyyat məlumatları əsasında əvvəlcədən müəyyən olunub.
Nazirlik əməliyyatların davam etdiriləcəyini bəyan edib.
Turan ASLAN