Modern.az

Pənah Hüseyn Fəzail İbrahimli barədə: “Müxalifət adına hər halda bir presedentdir”

Pənah Hüseyn Fəzail İbrahimli barədə: “Müxalifət adına hər halda bir presedentdir”

Ölkə

11 Mart 2020, 17:08

Müxalifət partiyasının təmsilçisi deputat Fəzail İbrahimlinin Milli Məclisə vitse-spiker seçilməsi bir çox dairələrdə fərqli yanaşma kimi qəbul olunur.

Maraqlıdır, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan Fəzail İbrahimlinin vitse-spiker kimi fəaliyyət göstərməsi müxalifətə nə verə bilər?

 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Modern.az-a açıqlamasında müxalifət nümayəndəsinin vitse-spiker postunu tutmasına münasibət bildirib.

 

O qeyd edib ki, müxalifətçinin seçilməsi prinsipcə müsbət haldır:

 

“Fəzail İbrahimli savadlı tarixçidir, alimdir. Prinsipcə Fəzail İbrahimlinin vitse-spiker təyin olunmasının müsbət tərəfi var. Bu da  presedentin yaradılmasıdır. Biz müxalifət nümayəndələri olaraq neçə illər idi ki, bu məsələni irəli sürürdük. Hesab edirəm ki, ümumilikdə Milli Məclisdə vitse-spiker olaraq kim olur-olsun, müaxlifət adına hər halda bir presedentdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir