Modern.az

Amerika azərbaycanlılarından koronavirus XƏBƏRİ

Amerika azərbaycanlılarından koronavirus XƏBƏRİ

Aktual

11 Mart 2020, 17:14

Koronavirusa yoluxma hallarının dünyanın bir çox böyük ölkələrində də geniş yayıldığı vaxtda müxtəlif suallar yaranır:

“Həmin ölkələrdə nə qədər azərbaycanlı yaşayır? Virusa yoluxanlar arasında azərbaycanlılar varmı? Yaxud da təxliyyə üçün azərbaycanlılar lazımi orqanlara müraciət edir?”.

 

Bu suallara cavab tapmaq üçün Modern.az xarici ölkələrdə fəaliyyət göstərən aidiyyəti qurumlarla əlaqə saxlayıb:

 

ABŞ- Azərbaycan Cəmiyyətinin rəhbəri Tomiris Azəri bildirilib ki, virusa yoluxan azərbaycanlı olarsa lazımi tədbirlər görüləcək:

“Xəstəliyin yayılmaması üçün dövlət və özəl müəssisələr lazımi tədbirləri görüblər. İstər azərbaycanlı istərsə də amerikalı bir vətəndaşın virusa yoluxması ilə bağlı xəbər alsaq, əlimizdən gələn köməkliyi göstərəcəyik. Azərbaycanlıların sayına gəldikdə isə bildiyimiz qədəri ilə ABŞ-da 300 minə yaxın azərbaycanlı yaşayır”.

 

Xatırladaq ki, ABŞ-da koronavirusa yoluxanların sayı 1000-i keçib.

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama