Koronavirus təhlükəsi dünyanı təşvişdə saxlayır. Bir sıra kütləvi tədbirlərin təxirə salınmasından sonra artıq iş yerləri də müvəqqəti bağlanır.
Modern.az xəbər verir ki, artıq Birləşmiş Millətlər Təşkilatının Nyu-York ofisi - Baş Qərargah da bağlanıb. Buna səbəb kimi koronavirus təhlükəsi göstərilir.