Modern.az

Eks-prezidentdən gözlənilməz mesaj: “Azərbaycanı müharibəyə sürükləyən qüvvələr var”

Eks-prezidentdən gözlənilməz mesaj: “Azərbaycanı müharibəyə sürükləyən qüvvələr var”

16 Aprel 2012, 17:02

Vitautas Landsbergisdən mühüm açıqlama: “Azərbaycan Gürcüstanın səhvini təkrar etməməlidir”

“Azərbaycanı müharibəyə sürükləyən qüvvələr mövcuddur. Bakı bunu başa düşməli və Qarabağ probleminin sülh yolu illə həllindən imtina etməməlidir”. Modern.az bildirir ki, bu barədə Avropa Parlamentinin üzvü, Litvanın eks-prezidenti Vitautas Landsbergis bildirib. Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın səhvini təkrar etməməlidir.

“Rəsmi Bakı hövsələli, sakit addımlar atmalı və beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirməli, onları Qarabağ münaqişəsi barədə ətraflı məlumatlandırmalıdır”-deyə o vurğulayıb.

Landsbergisin sözlərinə görə, əgər Azərbaycanla Ermənistan arasında müharibə başlasa, burada yalnız üçüncü tərəf qalib olacaq.
“Ona görə ki, başlanacaq bu müharibədə üçüncü tərəf hər iki tərəfə silah satacaq. Bu münaqişənin hərbi həll yolu yoxdur. Burada yalnız beynəlxalq hüquq prinsipləri çərçşivəsində sülh yolu ilə həll olunmalıdır”-deyə Lansbergis vurğulayıb.

X. SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu