Modern.az

Vaşinqtonda fövqəladə vəziyyət elan olundu

Vaşinqtonda fövqəladə vəziyyət elan olundu

12 Mart 2020, 08:04

Vaşinqton şəhərində yeni növ koronavirusun yayılması ilə bağlı fövqəladə vəziyyət elan edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Vaşinqton şəhərinin meri Myuriel Bouzer bəyan edib. Onun sözlərinə görə, hazırda şəhərdə koronavirusa (COVID-2019) 10 yoluxma halı qeydə alınıb.

 

Fövqəladə vəziyyət merə məcburi karantin tətbiq etmək və böhran dövründə qiymətləri qaldırmağa çalışan satıcıları mühakimə etmək imkanı verir.

 

Paytaxtın Kolumbiya dairəsində sakinlərə min nəfər və ya daha çox iştirakçısı olan bütün kütləvi tədbirlərin ləğv edilməsi barədə tövsiyə yayımlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi