“Yüz faiz əminəm Ayaz Mütəllibov tezliklə vətənə qayıdacaq”.
Bu fikiləri Modern.az-a Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə eks-prezident Ayaz Mütəllibovun vətənə qayıtması ilə bağlı məsələni şərh edərkən deyib.
A.Əlizadə əminliklə vurğulayıb ki, bir neçə ay bundan öncə Milli Məclisdə müzakirəyə çıxarılan eks-prezidentlərun statusu haqqında qanun layihəsi mayda yeninən gündəliyə çıxarılaraq, qəbul ediləcək.
“İnşallah eks-prezidentlərlə bağlı qanun layihəsi parlamentdə qəbul ediləcək. Mən buna əminəm. Həmçinin Ayaz Mütəllibovun Azərbaycana qayıdacağına da min faiz əminəm. O, vətənə qayıdacaq”-deyə A.Əlizadə vurğulayıb.
Qeyd edək ki, 20 ildir Moskvada mühacirət həyatı yaşayan sabiq prezident Ayaz Mütəllibovun Azərbaycana birdəfəlik qayıtması məhz “Eks-prezidentlər haqqında” qanun qəbul olunarsa, reallaşa biləcək. Hələlik isə sözügedən qanun layihəsinin may ayında Milli Məclisdə yenidən gündəmə gətiriləcəyi gözlənilir.
Anar RÜSTƏMOV