Modern.az

Şəkinin iki kəndində yanğın olub

Şəkinin iki kəndində yanğın olub

12 Mart 2020, 09:10

Şəkinin Baş Layıskı və Köbər Zəyzid kəndlərində yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Baş Layıskı kəndində ümumi sahəsi 63 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 500 kq ot bağlaması yanıb.

 

Köbər Zəyzid kəndində isə ümumi sahəsi 45 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Hər iki ərazidəki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər