Modern.az

“Azərsu”yun Yaponiya ilə əməkdaşlığından 10 rayon qazanacaq

“Azərsu”yun Yaponiya ilə əməkdaşlığından 10 rayon qazanacaq

16 Aprel 2012, 17:01

“Azərsu” ASC-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə  görüş keçirilib. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Yaponiya Hökumətinin və şirkətlərinin yaxından iştirakını  xatırladaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib.

Sədr bildirib ki, Xaçmaz, Qusar və Xızı şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender prosedurları yekunlaşıb və bu günlərdə a təməlqoyma mərasimi keçiriləcək. bu istiqamətdə növbəti işlər Yevlax, Bərdə, Naftalan və Qobustan şəhərlərində aparılacaq.

Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktor müavini Akihiro Takaşima qeyd edib ki, təmsil etdiyi qurum bundan sonra da su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə dəstək verəcək. Görüşdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” barədə müzakirələr aparılıb.

Qeyd edək ki, layihə çərçivəsində 10 şəhər və rayon mərkəzinin (Şirvan, Salyan, Neftçala, Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə, Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu