Modern.az

“Apple”ın İtaliyadakı bütün mağazalarını bağlandı

“Apple”ın İtaliyadakı bütün mağazalarını bağlandı

Aktual

12 Mart 2020, 12:24

Yeni növ koronovirusun İtaliyaya təsiri Apple şirkətinin bu ölkədəki mağazalarını bağlamasına səbəb olub.

 

Modern az "Apple İnsider" portalına istinadən xəbər verir ki, " Apple" şirkəti alıcılarının sağlamlığını qorumaq məqsədilə bu addımı atıb. Portalda yayımlanan bəyanatda “ Apple” şirkəti  xidmət etdiyi müştərilərinin sağlamlıq və təhlükəsizliyinin prioritet məsələ olduğunu, virus təhlükəsinin tam qarşısı alınana kimi İtaliyadakı mağazalarının müvəqqəti olaraq bağlı qalacağını vurğulayıb. 

Həmçinin, şirkət  cihazlarında problemi olan müştərilər Apple-ın onlyan dəstək formasından istifadə edə biləcəklərini də qeyd edib.

 

Nərgiz ƏZİZOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et