Modern.az

Ölən şəxsin meyitini rayona aparan təcili yardım maşını qəzaya düşdü

Ölən şəxsin meyitini rayona aparan təcili yardım maşını qəzaya düşdü

Aktual

12 Mart 2020, 13:12

Təcili Tibbi Yardım maşını qəzaya düşüb.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə Bakı-Salyan şosesində səhər saatlarında baş verib.

 

Ötən gün Ağciyər Xəstəlikləri İnstitutunda ölən şəxsin meyitini rayona aparan Təcili Tibbi Yardım maşını qəzaya uğrayıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Meyit hadisə yerinə çağırılmış başqa Təcili Tibbi Yardım maşını ilə rayona göndərilib.

 

Araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et