“Koronavirus bəlası ilk yayılmağa başlayanda “Masonlar” haqqında son xəbərləri taksi sürücülərindən eşidib buna inananlar, dünyanı çox bəsit qavrayanlar iddia edirdilər ki, bu ABŞ-ın əməlidir, Çinə zərbə vurmaq üçün düşünülüb, Amerika düşmənlərini çökdürməyə hesablanıb”.
Modern.az-ın məlumatına görə, bunu iqtisadçı Natiq Cəfərli koronavirus təhlükəsilə bağlı iqtisadi vəziyyəti şərh edərkən bildirib.
Ekspert qeyd edib ki, artıq dünya iqtisadiyyatına 1 trilyon dollar ziyan dəyib:
“Bu gün ABŞ Avropa ilə sərhədləri faktiki bağladı, uçuşları saxladı. Virus ABŞ-da çox sürətlə yayılır, dünya iqtisadiyyatına artıq 1 trilyon dollar ziyan dəyib. İlin sonuna qədər bu rəqəm 2 dəfədən çox artacaq”.
N.Cəfərli hesab edir ki, ABŞ iqtisadiyyatı həcminə və dünyadakı yerinə görə virusdan ən çox ziyan görən ölkə olacaq.