Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı şəhərində dezinfeksiya işlərinə başlayıb.

 

Bu barədə Modern.az-a açıqlamasında agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

 

O bildirib ki, koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə məqsədi ilə paytaxtda yerləşən piyada keçidləri dezinfeksiya edilir.

 

Paytaxt ərazisindəki bütün piyada keçidləri dezinfeksiya ediləcək.