Modern.az

İlham Əliyev Şirzad Abdullayevi vəzifəsindən azad etdi 

İlham Əliyev Şirzad Abdullayevi vəzifəsindən azad etdi 

Aktual

12 Mart 2020, 16:22

İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad olunub.

 

Modern.az-ın  məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Qeyd edək ki, Şirzad Abdullayev 1970-ci il 16 oktyabr tarixində Azərbaycanın Ağdaş rayonunda anadan olub. Orta təhsili Ağdaş rayonunda alıb. Hava Hücumundan Müdafiə Qoşunlarında hərbi xidmət keçib.

 

Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilib. O, bu təyinata qədər Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 12 noyabr və 2014-cü il 21 oktyabr tarixli Sərəncamları ilə müvafiq olaraq “Dövlət qulluğunda fərqlənməyə görə” və“Tərəqqi” medalları ilə təltif edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et