Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Kürəkçay üzərində yeni qurulmuş nasos stansiyasında olub.
Bu barədə Modern.az-a Goranboy RİH-dən məlumat verilib.
İcra başçısı Kürəkçay ətrafında yerləşən kənd təsərrüfatına yararlı torpaq sahələrinin su təminatının ödənilməsində stansiyanın mövcud imkanlarından səmərəli istifadə olunması ilə bağlı, aidiyyəti məsul şəxslərlə söhbətlər aparıb, müvafiq tapşırıqlarını verib.