Gəncədəki məscidlərə elektrik sayğacları quraşdırılıb. Məscidlərə quraşdırılan elektrik sayğaclarını isə bəzi dindarlar birmənalı qarşılamayıb.
Şəhərin Şah Abbas "Cameə" məscidində namaz qılan bir neçə şəxslərin dediyinə görə, iki gündür ki, məscidə işıqlar yanmayıb və gecələr şam işığı ilə namaz qılmağa məcbur olublar. İşıqların yanmamasının səbəbini Gəncə Regonal Elektrik Şəbəkəsinin müdiri Əhməd Musayev ötən həftədən başlayaraq şəhərdə olan 7 məscidin hamısına elektrik sayğaclarının quraşdırılması ilə əlaqələndirib. Lakin məscidin nümayəndələri bu işi birmənalı qarşılamayıb: