Modern.az

Düşmən Naxçıvanda təxribata əl atdı - Fəsadlar araşdırılır

Düşmən Naxçıvanda təxribata əl atdı - Fəsadlar araşdırılır

Aktual

12 Mart 2020, 17:10

Martın 12-də səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, əsasən Ermənistan Respublikasının Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.

 

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

 

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Twitter
Sizə yeni tvit var
Keçid et