Modern.az

Rusiya tərəfləri təmkinli olmağa çağırdı - “Biz bu məsələni izləməkdə davam edəcəyik”

Rusiya tərəfləri təmkinli olmağa çağırdı - “Biz bu məsələni izləməkdə davam edəcəyik”

Aktual

12 Mart 2020, 18:33

"Təəssüf ki, Azərbaycan və Ermənistan sərhədində, eləcə də qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması halları davam edir".

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

 

O bildirib ki, insidentlər nəticəsində ölənlər və yaralananlar və bununla bağlı həlak olanların yaxınlarına başsağlığını ifadə edib:

 

“Biz tərəfləri təmkinli olmağa, güc tətbiq etməməyə, danışıqlar prosesini fəallaşdırmağa çağırırıq. Biz bu məsələni izləməkdə davam edəcəyik və bu barədə operativ şərh verəcəyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et