Modern.az

Azərbaycanın 14 bölgə jurnalisti Türkiyəyə gedir

Azərbaycanın 14 bölgə jurnalisti Türkiyəyə gedir

16 Aprel 2012, 19:04

Modern.az saytı  xəbər verir ki, aprelin 24-də bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfərə yollanacaq. Nümayəndə heyətinin tərkibi Mətbuat Şurası tərəfindən seçilmiş 14 jurnalistdən ibarət  olacaq. Qonaqlar  Ankara, Konya, İstanbul şəhərlərinin bölgə qəzetlərini ziyarət edib, Türkiyə mətbuatı ilə yaxından tanış olacaqlar.

“Dialoq Avrasiya” Platformasının Azərbaycan təmsilçisi Mustafa Saatçının saytımıza bildirdiyinə görə, bu səfərdə əsas məqsəd Türkiyə ilə Azərbaycandakı təcrübinin qarşılıqlı şəkildə bölüşdürülməsi, biri-birini tanımaqdır. Nümayəndə heyəti “Qəzetçiər və yazarlar” Vəqfi tərəfindən qarşılanacaq, səfər müvafiq proqram əsasında gerçəkləşəcək.

Səfərin proqramı Türkiyə ilə Azərbaycan tərəfi arasında ortaq şəkildə hazırlanacaq.

Qeyd edək ki, Türkiyəyə səfər edəcək jurnalistlər bölgələrdə çalışanlardır.

Şahanə Rəhimli  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi