“Hazırda Heydər Əliyev prospekti-Hava limanı-Zaqulba avtomagistralı, Buzovna-Şüvəlan və Bilgəh-Pirşağı şoseləri boyunca eləcə də, ətraf ərazilərdə duman müşahidə olunur. Bunu nəzərə alaraq, sürücülərə son dərəcə ehtiyatlı olmalarını, müəyyən olunan sürət həddinə əməl etmələrini tövsiyə edirik”.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, xüsusi ilə bu cür hava şəraitində ara məsafəsinə fikir verilməlidir:
“Eyni zamanda, piyadalardan yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etmələrini xahiş edirik”.