Modern.az

Türkiyədə məktəblər, universitetlər martın 16-dan tətilə bağlanacaq

Türkiyədə məktəblər, universitetlər martın 16-dan tətilə bağlanacaq

Aktual

12 Mart 2020, 21:41

Türkiyənin bütün təhsil müəssisələri 16 mart tarixindən tətilə buraxılacaq.

Modern.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidetntinin mətbuat katibi İbrahim Qalın açıqlama verib.

 

Məlumata  görə, koronovirisla (COVİD-2019) əlaqədar bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda bu qərar verilib.

İbrahim Qalın deyib ki, Türkiyədə bütün orta məktəblərdə 16 mart tarixindən 1 həftəlik tətil olacaq, 23 martdan isə şagirdlər 1 həftə ərzində internet və televiziya vasitəsilə təhsillərini davam etdirəcəklər. Ali təhsil müəssisələrinin tələbələri isə 3 həftə tətilə buraxılıb.

Mətbuat katibi deyib ki, ölkə daxilində idman oyunları aprelin sonuna qədər tamaşaçısız keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et