Milli Məclisin deputatı Məlahət İbrahimqızı aprelin 10-dan 15-ə qədər Fransanın Marsel şəhərində NATO Parlament Assambleyasının 79-cu Rouz-Rout seminarında iştirak edib.
Tədbirdə müsəlman cəmiyyətləri, şəriət qanunları və demokratiya, Yaxın Şərq, Şimali Afrika və Fars körfəzi ölkələrində təhlükəsizlik məsələləri və başqa mövzularda müzakirə aparılıb.
Bundan sonar deputat İstanbula gəlib. Burada isə 1994-cü ildə BMT-nin keçirdiyi Beynəlxalq Qahirə və 2000-ci ildə keçirilən Minilliyin Inkişaf Sammitinin öhdəliklərinin və çagirislarinin yerinə yetirilmə vəziyyəti, 2015-ci ildən sonrakı dövrdə vəzifə və məqsədlər mövzusunda konfrans keşirilir.
Bu ayin 18 də başa çatacaq tədbir əsasən Mərkəzi və Şərqi Avropa, Orta Asiya ölkələrinindəki ana sağliği, qadin haqları və gender məsələlərin vəziyyətinə həsr olunub.
Məlahət İbrahimqızı bu tədbirə Dünya Parlament Ittifaqinin Qlobal Sağliq məsələləri üzrə Işçi Qrupu və Avropa Parlament Forumunun Icra Komitəsinin üzvü kimi dəvət olunub.
Azərbaycanlı deputat sessiyanin birinə moderatorluq edəcək. O, eyni zamanda bu tədbirdə çıxış edəcək.
Azərbaycanda bu sahədə həm hökümət, həm də parlament səviyyəsində görülən işlərin təqdimatını edəcək.
Deputat Modern.az saytına bildirib ki, tədbirdə bu regionun parlamentariləri və beynəlxalq səviyyəli ekspertlər, beynəlxalq təşkilatların yüksək səviyyəli təmsilçiləri iştirak edəcək.
Modern.az