Modern.az

“Formula-1” yarışları təxirə salına bilər

“Formula-1” yarışları təxirə salına bilər

Aktual

13 Mart 2020, 10:25

“Formula-1” yarışları Azərbaycan Qran-prisinə qədər təxirə salına bilər.

 

Modern.az xəbər verir ki, “Formula-1” rəsmisi Ross Braun gecə saatlarında komandaların nümayəndələri ilə bir araya gələrək, məsələni müzakirə edib.

 

“McLaren”in işçilərinin birində koronavirus pandemiyasının aşkarlanması səbəbindən yarışın Bakı mərhələsinə qədər təxirə salınması məsləhət görülüb. Əgər belə bir qərar verilərsə, Avstraliya Qran-prisindən sonra Bəhreyn, Vyetnam, Niderland, İspaniya və Monako Qran-priləri təxirə salınacaq və mövsümə Azərbaycan Qran-prisi ilə start veriləcək.

 

Məlumat üçün qeyd edək ki, “Formula-1”in Azərbaycan mərhələsi 5-7 iyunda keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama