Modern.az

Xalq rəssamının qızı koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi - Foto + Video

Xalq rəssamının qızı koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi - Foto + Video

13 Mart 2020, 11:12

Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə A.Salahova şəxsi “Facebook” hesabından paylaşım edib.

 

Buna səbəb onunla eyni reysdə uçan koronavirusa yoluxan sərnişin tapılması olub. O bildirib ki, İtaliyadan Rusiyaya qayıdarkən hava limanından alınaraq xəstəxanaya yerləşdirilib. A.Salahova həmin reysin bütün sərnişinlərinin karantinə alındığını söyləyib.

 

Qeyd edək ki, Aydan Salahova Xalq rəssamı Tahir Salahovun qızıdır.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?