Modern.az

Ən zəngin azərbaycanlı koronavirusa görə 8 milyard dollar İTİRİB

Ən zəngin azərbaycanlı koronavirusa görə 8 milyard dollar İTİRİB

13 Mart 2020, 14:17

Dünya fond birjaları 1987-ci ildən ən ciddi geriləmə yaşayıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Nyu-York və London fond birjalarında iri korporasiyaların, xüsusən neft nəhənglərinin səhmlərinin ucuzlaşması, koronavirus böhranı bu sektorda təmsil olunan iş adamlarına ciddi zərər vururub.

 

Dünyanın ən zəngin azərbaycanlısı, “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərov ötən gün 1,9 milyard dollar itirib. Nəticədə iş adamının sərvəti 14,4 milyard dollara qədər azalıb.

İlin əvvəli ilə müqayisədə iş adamı 7,85 milyard dollar kasıblayıb.  

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi